Baş prokurorluq mətbuat işçilərini təbrik edib
22.07.2025Azərbaycan Milli mətbuatının 150 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bütün media ictimaiyyətinə cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Peşə fəaliyyətlərimiz arasında bizi birləşdirən dəyərlər çoxdur. O səbəbdən obyektiv nəticə əldə etmək üçün bir çox hallarda işinizi çətin şəraitdə həyata keçirməyinizi, məsuliyyətinizi çox gözəl anlayırıq. Hər zaman cəmiyyətin güzgüsü olmağınız və cəmiyyətdəki hərtərəfli müsbət dəyişikliklərə dəstəyiniz sayənizdə biz də işlərimizi təhlil və inkişaf etdirə bilirik.
Baş Prokurorluğun Mətbuat Xidməti olaraq media ilə qarşılıqlı etimada əsaslanan açıq və konstruktiv əməkdaşlığa daim önəm verir, Sizi vətəndaş cəmiyyətinin inkişafında vacib tərəfdaş hesab edirik. Ən əsası sağlam işgüzar münasibətlər əsasında yaranmış yoldaşlıq, dostluq münasibətlərimiz bizim üçün dəyərlidir və hər zaman bunu qorumağa çalışırıq. Daima göstərdiyiniz dəstəyə, etdiyiniz bütün köməkliklərə, yanaşmalara görə çox sağ olun.
Bu gözəl və əlamətdar gündə Baş Prokurorluğun Mətbuat xidməti olaraq ölkəmizin media sahəsində çalışan jurnalistləri, redaktorları, müxbirləri, media işinə dəstək olan operatorları, fotoqrafları və sizinlə çiyin-çiyinə çalışan texniki heyəti təbrik edirik, Sizə sağlamlıq, ruh yüksəkliyi, xoşbəxtlik və hər zaman zəhmətinizin bəhrəsini görməyi arzulayırıq.
Milli Mətbuat Gününüz mübarək!
Hörmətlə,
Baş Prokurorluğun Mətbuat xidməti











