Şəxsin uçqun altında qalaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Şəxsin uçqun altında qalaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

22.07.2025 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Share