Bağçalara tərbiyəçi-müəllimlərin sənəd qəbulu başladı

Bağçalara tərbiyəçi-müəllimlərin sənəd qəbulu başladı

29.07.2025 Off By Füzuli İsmayılov

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bu barədə Hakimiyyet.info.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək namizədlər www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.

Share