İranda güclü zəlzələ olub
05.08.2025Bu gün İranda yerli vaxtla saat 08:36-da İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
Hakimiyyet.info.az-ın məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Zehkalut şəhəri yaxınlığında 10 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.











