Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

06.08.2025 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb. 

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.

Share