Tayvanda güclü zəlzələ olub
07.08.2025Tayvan sahillərində güclü zəlzələ olub.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,9 maqnitudalı zəlzələnin episentri Kilun şəhərində 140 km cənub-qərbdə qeydə alınıb, yeraltı ocağı isə 105 km dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb, sunami həyəcanı elan edilməyib.











