Kolleclərə qəbulun nəticələri elan olunub

Kolleclərə qəbulun nəticələri elan olunub

08.08.2025 Off By Füzuli İsmayılov

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Aabituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan
abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Dövlət ödənişsiz32513017146316397.29
Dövlət ödənişli45584078143422192.61
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)33531520335100.00
Cəmi81447410309771994.78

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan
abituriyentlərin sayı haqqında məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmifaizi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar669564752206695100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar144993589102470.67
Cəmi81447410309771994.78

Abituriyentlər 2025-ci il 14 avqust saat 11:00-dan – 22 avqust saat saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Share