Abşeronda yanğın törədən şəxs müəyyən edilib

Abşeronda yanğın törədən şəxs müəyyən edilib

20.08.2025 Off By Füzuli İsmayılov

Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot və kol-kos yanıb.

Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Share