Bakının hansı rayonunda daha çox tikinti aparılıb? – STATİSTİKA

Bakının hansı rayonunda daha çox tikinti aparılıb? – STATİSTİKA

27.08.2025 Off By Füzuli İsmayılov

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4,722 milyard manat təşkil edib.

Trend-in Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,9% çoxdur.

Hesabat dövründə inşaat işlərinin dəyəri üzrə ən yüksək göstərici Bakının Xətai rayonunda, ən aşağı isə Xəzər rayonunda qeydə alınıb.

Bakının rayonları üzrə 2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyərinə dair göstəriciləri təqdim edirik:

Cəmi,min manatƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Bakı şəhəri – cəmi4 721 794,0109,9
o cümlədən rayonlar:
Binəqədi663 900,384,8
Xətai937 141,8119,5
Xəzər73 595,52,5 d.
Qaradağ255 328,62,1 d.
Nərimanov560 681,7125,2
Nəsimi729 258,291,5
Nizami431 619,5119,9
Sabunçu403 517,5167,1
Səbail188 291,0125,9
Suraxanı73 846,977,1
Yasamal404 613,083,2

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,074 milyard manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az vəsait yönəldilib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Share