Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib

20.10.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib.

Hakimiyyet.info.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Share