DTX tərəfindən saxlanılan İslam Rzayev kimdir?
31.10.2025Hakimiyyet.info.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

60 yaşlı İslam Rzayev 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində müxtəlif vəzifələrdə — şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini kimi çalışıb.
Daha sonra “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007-ci ildən isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini vəzifəsində fəaliyyət göstərib.
2011-ci il mayın 18-də Prezidentin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, DTX-nın əməliyyatı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə bağlı aparılır.











