Tramp Suriyanın keçid dövrü Prezidentini Ağ Evdə qəbul edəcək

Tramp Suriyanın keçid dövrü Prezidentini Ağ Evdə qəbul edəcək

02.11.2025 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı qəbul edəcək.

Trend xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadən məlumat yayıb.

Məlumata əsasən, Əl-Şaraa Vaşinqtona səfəri çərçivəsində Suriyanın ABŞ-nin rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı fəaliyyət göstərən beynəlxalq koalisiyaya qoşulmasına dair sənədləri imzalayacaq.

Tom Barak bildirib ki, Tramp və Əl-Şaraa arasında keçiriləcək görüşdən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin təşkil olunması planlaşdırılır.

Share