Türkiyə Prezidenti Administrasiyasından təyyarə qəzası ilə bağlı yanlış məlumatlara dair açıqlama

Türkiyə Prezidenti Administrasiyasından təyyarə qəzası ilə bağlı yanlış məlumatlara dair açıqlama

11.11.2025 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib. açıqlamada qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.

Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Share