Tahir Kərimlinin birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında dedikləri tam həqiqətdir

Tahir Kərimlinin birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında dedikləri tam həqiqətdir

27.11.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Ali Məhkəməsinin sabiq sədri, sabiq millət vəkili Tahir Kərimlinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanıma ünvanladığı müraciətdən sonra bir sıra qaragüruhçu qüvvələr ona qarşı cəmiyyətdə çaşqınlıq yaratmaq üçün öz təbliğat maşınlarını işə salıblar. Ona qarşi aparılan bu böhtan, gözdənsalma kampaniyasını qəti şəkildə pisləyirəm və bunu hansısa qüvvələrin məqsədyönlü həyata keçirdiyini bildirirəm. Tahir müəllimim birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında dedikləri tam həqiqətdir.

Əflan Şirvanşahlı, MXP- nin sədri, Qobustan RİH-nin sabiq başçısı

Xalgın böyük əksəriyyətinin, ziyalılarının fikirləri ilə üst-üstə düşür Məhz Mehriban xanımin Cənab prezident tərəfindən ölkə idarəçiliyində, siyasət işlərində irəli çəkilməsi bir çox problemlərin həll olunmasinda, o cümlədən Qarabağ Zəfərinin qazanılmasında müstəsna xidməti danilmazdir. Mehriban xanımın ən böyük işi xalqımıza, dövlətimizə xəyanət edən, yad ünsürlərin-5 kolonun nümayəndələrini ifşa edib idarəçilikdən təmizləməsi oldu. Bu gün də həmin proses davam edir və edəcək də. Belə bədxah insanlar hələ də mövcuddur. Müxalifət arasında da çoxdur. Görunən odur ki, “ağalarının” indiki halı onları narahat edib və o üzdən Tahir Kərimliyə qarşi hücuma keçiblər. Tahir Kərimli haqqlı olaraq Mehriban xanımın bu xainlərə qarşı barışmaz olduğunu qeyd edir, vurğulayub. Amma xeyri yoxdur. Təmizlənmə gedəcək, hamı öz payını alacaq. Dövlətçiliyimizin qorunmasında biz də Cənab prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq, onları dəstəkləyirik. Tahir Kərimli öz fikirləri ilə bu gün tək deyil, biz ağsaqqallar da onun yanındayıq.

Share