Ərdoğan:-Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdəki ticarəti təhdid altında qoyur

Ərdoğan:-Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdəki ticarəti təhdid altında qoyur

03.01.2026 Off By Füzuli İsmayılov

Rusiya ilə Ukrayna arasındakı müharibə son aylarda Qara dənizdəki ticarəti təhdid altında qoymaqdadır. Bu münaqişənin bir an əvvəl sülhlə başa çatması bizim səmimi arzumuzdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində 2025-ci il ixrac statistikası ilə bağlı çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə sülhə gedən yolun açılması üçün hər cür məsuliyyəti üzərinə götürməyə hazırdır:

“Biz nə rol qazanmaq, nə nümayiş etmək, nə də qan və göz yaşı üzərindən mənfəət əldə etmək niyyətindəyik. Xarici siyasətimizin əsası düşmən yox, dost qazanmaqdır. Münaqişələrdən fayda əldə etmək kimi bir anlayışımız heç vaxt olmayıb”.

Share