Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb
05.01.2026Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur.
Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.
Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:
Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;
Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi – 801,5 milyon manat;
Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;
Orta ixtisas təhsili xərcləri – 94,2 milyon manat;
Peşə təhsili xərcləri – 105,5 milyon manat;
Əlavə təhsil və tətbiqi tədqiqatlar – 28,2 milyon manat;
Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1 milyard 104,1 milyon manat./Trend











