Pentaqon Avropanı hərbi potensialını artırmağa çağırdı
04.03.2026Avropa ölkələri həm Ukrayna münaqişəsinin həlli, həm də davam etməsi halında öz potensiallarını artırmalıdırlar.
Bu barədə ABŞ-ın siyasi işlər üzrə müharibə nazirinin müavini Elbric Kolbi deyib.
“Müharibə davam etsə də, bitsə də, mahiyyət eyni olacaq: Avropanın [hərbi potensialının] artırılması”, – deyə o, Vaşinqtonda Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.











