Antonio Quterreşə “Atatürk Beynəlxalq Sülh Mükafatı” təqdim edilib
13.03.2026Türkiyədə səfərdə olan BMT Baş katibi Antonio Quterreş “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görülüb.
THakimiyyet.info.az xəbər verir ki, Mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Ərdoğan bildirib ki, Quterreş illərdir böyük bir uğurla icra etdiyi bu mühüm vəzifəni üzərinə götürməzdən əvvəl də sülhü, dialoqu və rifahı ön planda tutan bir siyasətçi idi:
“Portuqaliya Baş naziri olaraq ölkəsində rifahın artmasına və demokratiyanın dərinləşməsinə bənzərsiz töhfələr vermiş, qurucu və barışdırıcı siyasət tərzi ilə xalqının etimadını qazanmışdı. BMT Qaçqınlar Yüksək Komissarı olaraq 10 illik dövr ərzində isə yurdlarından didərgin düşən insanların müalicə edilmələri və qorunmaları istiqamətində üstün səylər göstərmişdi”.











