Kürdəmirdə magistral su xətti partlayıb

Kürdəmirdə magistral su xətti partlayıb

27.03.2026 Off By Füzuli İsmayılov

HAKİMİYYET.İNFO.AZ-ın bölgə müxbiri xəbər verir ki, bugün səhər saatlarında Kürdəmirdə magistral su boru xətti partlayıb, nəticədə rayon mərkəzi və 6 kənd susuz qalıb. Hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci kilometrliyində, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Qəza diametri 55 mm olan borunun partlaması nəticəsində baş verib. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Borunun partlaması ətrafdakı həyətyanı sahələrdə subasmalara səbəb olub.
​Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinin içməli su ilə təmin edir.

Dəyanət Kərimov,

bölgə müxbiri

Share