Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib

29.03.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı.

Share