İran ABŞ-nin İordaniyadakı hava bazasını bombalayıb

İran ABŞ-nin İordaniyadakı hava bazasını bombalayıb

18.07.2026 Off By Füzuli İsmayılov

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq aviabazasına hücum edib.

Bu barədə “Tasnim” agentliyi ordunun bəyanatına istinadən məlumat yayıb.

“SEPAH qüvvələri İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən ABŞ aviabazasına və qırıcı təyyarələrin sığınacaqlarına eyni vaxtda raket və pilotsuz uçuş aparatları ilə sarsıdıcı zərbələr endirib”, – deyə SEPAH-ın bəyanatında bildirilib.

Məlumatda qeyd edilib ki, hücum nəticəsində iki qırıcı və üç təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə isə ciddi ziyan dəyib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Share