Salyandakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı
20.07.2026Hakimiyyet.info.az xəbər verir ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.











