“Politico”: FTB direktoru oktyabrda Rusiyaya səfər edəcək
21.07.2026ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel oktyabr ayında Rusiyaya səfər etməyi planlaşdırır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Politico” nəşri Amerika mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, səfərin oktyabrın 14-15-də həyata keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində Keş Patelin Moskva və Sankt-Peterburqa gedəcəyi, həmçinin rusiyalı həmkarları ilə görüşlər keçirəcəyi planlaşdırılır.











