Sabah respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq
21.07.2026Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə iyul ayının pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Hakimiyyet.info.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.











