Rusiyanın regionlarına raket və dron zərbələri endirilib: xəsarət alanlar var
25.07.2026Rusiyanın Rostov vilayətində pilotsuz uçuş aparatları və raketlərin gecə hücumu nəticəsində beş nəfər yaralanıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar bildirib. Rostov-na-Donda dronların qalıqları iki yaşayış binasına və iki fərdi evə, tikilməkdə olan çoxmərtəbəli binalara, həmçinin ticarət obyektlərinə və anbarlara ziyan vurub. Bir neçə binada yanğınlar baş verib və hazırda onlar söndürülüb.
Krasnosulinski rayonunda Novoşaxtinsk avtomobil nəzarət məntəqəsinin infrastrukturuna və inzibati binasına da ziyan dəyib. Azovski və Myasnikovski rayonlarında da dağıntılar qeydə alınıb.
Bundan əlavə, gecə saatlarında Yekaterinburq ətrafındakı mülki obyektə hücum edilib. Dron qalıqları ətraf ərazidə yanğına səbəb olub.
Bu arada, Kirovdakı zavoda raket zərbəsi nəticəsində ölənlərlə bağlı 25-27 iyul tarixlərində bu vilayətdə matəm günü elan edilib. Vilayət hakimiyyət orqanlarının məlumatına görə, 6 nəfər ölüb, 32 yaralı var.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin regionları üzərində 328 Ukrayna dronunu məhv edib.











