Fransada 280 kiloqramlıq bomba zərərsizləşdirilir: Məhəllə təxliyə olunub
25.07.2026Fransanın Şuazi-le-Rua şəhərində İkinci Dünya müharibəsindən qalan 280 kiloqramlıq aviasiya bombasının zərərsizləşdirilməsi ilə əlaqədar genişmiqyaslı təxliyə tədbirləri həyata keçirilir.
Hakimiyyet.info.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı aşkar edilən sursat səbəbindən 700 metrlik təhlükəsizlik zonası yaradılıb. Sakinlər səhər saatlarında evlərini tərk ediblər, ərazidə nəqliyyat və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Sakinlərə “FR Alert” sistemi ilə xəbərdarlıq edilib, yaxınlıqdakı park və mağazalar bağlanıb. Evsiz qalan sakinlər üçün yerli idman və mədəniyyət zallarında müvəqqəti qəbul mərkəzləri qurulub. Eyni zamanda, RER C qatar xəttinin Şuazi-le-Rua stansiyası bağlanıb, avtobus və tramvayların hərəkəti dayandırılıb.
Əməliyyatın axşam saat 18:00-dək başa çatdırılması nəzərdə tutulur.











