“Gürcüstan Dəmir Yolları” yeni yük lokomotivlərinin alınması üçün beynəlxalq tender elan edib

“Gürcüstan Dəmir Yolları” yeni yük lokomotivlərinin alınması üçün beynəlxalq tender elan edib

25.07.2026 Off By Füzuli İsmayılov

“Gürcüstan Dəmir Yolları” 45 yeni magistral yük lokomotivinin alınması üçün beynəlxalq tender elan edib. Bununla da müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq “Gürcüstan Dəmir Yolları” SC yeni magistral yük lokomotivləri alacaq.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Bildirilir ki, layihənin ümumi dəyəri 350 milyon dollara bərabərdir (təxminən 1 milyard lari).

Layihə Trans-Xəzər Nəqliyyat Dəhlizi – Gürcüstan Əlçatanlığı və Nəqliyyatın Təkmilləşdirilməsi Layihəsi çərçivəsində, Dünya Bankı və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

“Gürcüstan Dəmir Yolları”nın əsas yük lokomotiv parkının əhəmiyyətli hissəsinin istismar müddəti başa çatır. Şirkət yeni lokomotivlər almaqla lokomotiv parkını yeniləyəcək, istismar imkanlarını artıracaq, yük daşımalarının səmərəliliyini və etibarlılığını artıracaq ki, bu da artan yük axınlarına daha səmərəli xidmət göstərməyə imkan verəcək.

Share