Andrey Sibiqa: Rusiya Qreminin “cəhənnəm sanksiyası”ndan yayınmağa cəhd edir

Andrey Sibiqa: Rusiya Qreminin “cəhənnəm sanksiyası”ndan yayınmağa cəhd edir

25.07.2026 Off By Füzuli İsmayılov

Rusiya mərhum senator Lindsi Qreminin irəli sürdüyü “cəhənnəm sanksiyaları” paketi üzrə səsverməni pozmağa cəhd edə bilər.

Hakimiyyet.info.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazir son illərdə ABŞ-nin yeni sanksiyaları ortaya çıxdıqda Rusiya Prezidenti Vladimir Putinin vaxt qazanmaq üçün lazım olan hər vasitədən istifadə etdiyini bildirib. O, mərhum senator Qreminin qanun layihəsinin gələn həftə nəzərdən keçiriləcəyini və buna görə “ayıq” olmağın əhəmiyyətini vurğulayıb. Sibiqa, həmçinin vurğulayıb ki, Rusiya bu sanksiyalar paketinin qəbul edilməsinin qarşısını almaq üçün sülh arzusu bəhanəsindən istifadə edə bilər.

“Rusiya sülhə qayğı göstərdiyini iddia edərək onu sabotaj etməyə cəhd edə bilər. Rəsmi Moskvaya olan sanksiya təzyiqinin sərtləşdirilməsi Rusiya terrorizminə qarşı mübarizə və bu müharibəyə həqiqətən son qoymaq üçün vacibdir”, – deyə ukraynalı nazir əlavə edib.

Xatırladaq ki, “cəhənnəm sanksiyaları” paketi əvvəlcə ABŞ-nin Rusiya enerji məhsullarını alan ölkələrə ikinci dərəcəli tariflər tətbiq etməsini nəzərdə tuturdu. Bu tariflər 500 faiz olaraq müəyyən edilmişdi. Lakin Qreminin ölümündən əvvəl və sonra sənəddə bir qədər dəyişiklik edildi. İndi sənəddə 500 rəqəmi 100 ilə əvəzlənib və ABŞ Prezidenti Donald Tramp qanun layihəsi qəbul edilərsə, sanksiyaları müstəqil şəkildə tətbiq edə və ləğv edə biləcək.

Share