Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

26.07.2026 Off By Füzuli İsmayılov

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü xəsarət alıb.

Hakimiyyet.info.az əyalətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər olublar.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Share