Ağcabədidə traktor elektrik dirəyinə çırpılıb, 1 nəfər ölüb

Ağcabədidə traktor elektrik dirəyinə çırpılıb, 1 nəfər ölüb

27.07.2026 Off By Füzuli İsmayılov

Ağcabədi rayonunun Qaraxanlı kəndində ölümlə nəticələnən hadisə baş verib.

Hakimiyyet.info.az-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Faiz Rzayev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Share