Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların gələcəyini müzakirə edir
27.07.2026Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bildirib ki, 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlərdə yeni mərhələ başlayıb.
Hakimiyyet.info.az xəbər verir ki, o, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.
Əl Şaraa qeyd edib ki, Suriya ilə Rusiyanı tarixi əlaqələr və ortaq maraqlar birləşdirir, hazırda isə münasibətlərin normallaşdırılması istiqamətində iş aparılır.
O, həmçinin vurğulayıb ki, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı danışıqlar hələ yekunlaşmayıb.











