Husilərin hücumundan sonra Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb

Husilərin hücumundan sonra Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb

27.07.2026 Off By Füzuli İsmayılov

Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft obyektlərinə hücumundan sonra Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kpler gəmi monitorinqi şirkətinin məlumatlarına istinadla bildirib.

Məlumata görə, bazar günü Bab əl-Məndəb boğazından cəmi 11 yük gəmisi keçib ki, bu da son ayların ən aşağı göstəricisidir. Eyni zamanda, Hörmüz boğazından tranzit daşımaların da həftəsonu aşağı səviyyədə qaldığı qeyd olunur.

Husilərin Səudiyyə Ərəbistanının Yanbu və Cizan şəhərlərində yerləşən “Aramco” şirkətinin obyektlərinə zərbələr endirməsindən sonra Qırmızı dəniz marşrutunda daşımalar çətinləşib. Bu vəziyyət Yaxın Şərq, Avropa və Afrika bazarlarında fiziki neft yüklərinin qiymətlərinin son iki ayın ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub.

Share