Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun finalına yüksəlib
27.07.2026Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun finalına yüksəlib.
Milli Paralimpiya Komitəsindən Hakimiyyet.info.az-a bildirilib ki, o, 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) üzrə təsnifat mərhələsində 534 xal toplayaraq həlledici raunda vəsiqə qazanıb.
Bu gün start götürən turnirə iyulun 29-da yekun vurulacaq.











