Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişib
28.07.2026Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə avtomobil su kollektoruna düşüb.
Sürücünün sükan arxasında olarkən ürək tutması keçirərək vəfat etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.











