Bərdədə imtiyazlı şəxslərin müraciətləri dinləniləcək

Bərdədə imtiyazlı şəxslərin müraciətləri dinləniləcək

28.07.2026 Off By Füzuli İsmayılov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov avqustun 14-də Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminatı və digər sosial məsələlər üzrə müraciətlərinə cavab veriləcək.

Qeyd olubub ki, müraciət etmək istəyən vətəndaşlar avqustun 11-nə qədər (012) 525-41-30 (daxili: 5614) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, həmçinin agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.

Share