Oğuzda 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb
29.07.2026Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupuna istinadla xəbər verir ki, bu gün saat 8 radələrində “Mercedes” və “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 39 yaşlı Əbdülrəhim Məmmədəliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.











