Ağdamın daha iki kəndində açıq ərazilərdə yanğın başlayıb
29.07.2026Ağdam rayonunun işğaldan azad olunmuş Baş Qərvənd və Cəvahirli kəndlərinin açıq ərazilərində yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.











