Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək

Sumqayıt Sənaye Parkının yeni rezidenti xüsusi texnika və nəqliyyat vasitələri istehsal edəcək

29.07.2026 Off By Füzuli İsmayılov

“RAM İndustries” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 44,9 milyon manat olan xüsusi texnika və nəqliyyat vasitələrinin istehsalı və yığımı layihəsi çərçivəsində 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Share