Altı ayda SOCAR-ın idarəsi 120 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
29.07.2026Cari ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 120 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,6 milyon dollar və ya 43,3 faiz azdır.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 211,6 milyon dollar olub.











