AQTA Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatla əlaqədar araşdırmalara başlayıb

AQTA Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatla əlaqədar araşdırmalara başlayıb

30.07.2026 Off By Füzuli İsmayılov

Azərbaycan Qida Təhlükəzisliyi Agentliyi (AQTA) Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbsəindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Share