Qazaxıstan və TDT hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafını qiymətləndirib

Qazaxıstan və TDT hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafını qiymətləndirib

30.07.2026 Off By Füzuli İsmayılov

Qazaxıstan və Türk Dövlətləri Təşkilatı (TDT) ictimai təhlükəsizlik və müasir çağırışlara qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Hakimiyyet.info.az Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, danışıqlar daxili işlər naziri Yerjan Sadenov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev arasında aparılıb.

Tərəflər transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə praktiki əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. Həmçinin TDT üzv dövlətlərinin hüquq-mühafizə orqanları arasında cinayətkarların axtarışı və təcrübə mübadiləsi məsələləri də müzakirə edilib.

Görüşdən sonra tərəflər tərəfdaşlığın daha da gücləndirilməsində və TDT çərçivəsində çoxtərəfli hüquq-mühafizə əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı maraqlarını təsdiqləyiblər.

Share