Tramp: Qəzzada silahlı qrupların tərk-silahı ilə bağlı tarixi razılaşma əldə olunub

Tramp: Qəzzada silahlı qrupların tərk-silahı ilə bağlı tarixi razılaşma əldə olunub

31.07.2026 Off By Füzuli İsmayılov

ABŞ Prezidenti Donald Tramp Qəzzada HƏMAS və digər silahlı qrupların tam tərk-silah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu açıqlayıb.

Hakimiyyet.info.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp bildirib ki, razılaşma Qəzzanın gələcəkdə yeni Fələstin hökuməti tərəfindən idarə olunması, İsrailin təhlükəsizliyinin təmin edilməsi və anklavın terror hücumları üçün baza kimi istifadə olunmasının qarşısının alınması istiqamətində mühüm addımdır.

Onun sözlərinə görə, 20 maddəlik plan çərçivəsində silahsızlaşdırma mərhələli şəkildə həyata keçiriləcək. Bu proses başa çatdıqca İsrail qüvvələri geri çəkiləcək, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvəsi ilə birlikdə bölgədə təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq.

ABŞ Prezidenti, həmçinin Misir, Qətər və Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkür edib.

Share