Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb 

Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb 

31.07.2026 Off By Füzuli İsmayılov

Şəmkir rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb. Həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Share