Bərdədə 79 yaşlı kişi Yuxarı Qarabağ kanalında boğulub
31.07.2026Bərdə rayonunun Hacıəhmədli kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov Yuxarı Qarabağ kanalında boğularaq dünyasını dəyişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumatlara görə, o, ağac kəsərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Meyit sudan çıxarılaraq təhvil verilib. Faktla bağlı araşdırma aparılır.











