ABŞ-nin Kaliforniya ştatında hərbi bazada F-35 qırıcı təyyarəsi yanıb

ABŞ-nin Kaliforniya ştatında hərbi bazada F-35 qırıcı təyyarəsi yanıb

31.07.2026 Off By Füzuli İsmayılov

ABŞ-nin Kaliforniya ştatındakı Miramar hərbi hava bazasında beşinci nəsil F-35 qırıcı təyyarəsi yanaraq sıradan çıxıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ Dəniz Piyadaları Korpusu hadisəni uçuş-enmə zolağında baş vermiş “təyyarə qəzası” kimi qiymətləndirib. Hadisənin səbəbi hələ açıqlanmayıb.

Məlumata görə, F-35 qırıcı təyyarəsinin dəyəri 80 milyon ABŞ dollarından çoxdur.

Share