Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01.08.2026 Off By Füzuli İsmayılov

⁠Ötən gün ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

⁠Bildirilib ki, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Share