Hörmüz boğazında neft tankeri vurulub

Hörmüz boğazında neft tankeri vurulub

01.08.2026 Off By Füzuli İsmayılov

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankeri vurulub.

Hakimiyyet.info.az  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə tankerin mühərrik bölməsinə dəyib və nəticədə gəmi idarəetməni itirib. Hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.

Share