Qazaxıstan Enerji Nazirliyi: Xəzər Boru Kəməri Konsorsiumunun terminalında işlər davam edir

Qazaxıstan Enerji Nazirliyi: Xəzər Boru Kəməri Konsorsiumunun terminalında işlər davam edir

01.08.2026 Off By Füzuli İsmayılov

Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) işinin tam dayandırılması nəzərdən keçirilmir.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Qazaxıstan Enerji Nazirliyinin sözçüsü Asel Serikpayeva bildirib.

O, bəzi media orqanlarında belə bir ehtimal barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.

Enerji Nazirliyi iyulun 31-də konsorsiumun fəaliyyətini müvəqqəti olaraq dayandırdığını, lakin yükdaşıyanlardan neftin yeklənməsinin və rezervuar parkının doldurulmasının davam etdiyini açıqlayıb.

Qeyd olunub ki, avqustun 1-dən etibarən gündəlik neftdaşıma həcmi 100.000 ton təşkil edib. Bu həcmlərin daha da artması dəniz terminalında yükləmə üçün tankerlərin vaxtında hazır olmasından asılıdır.

Qazaxıstan Enerji Nazirliyi XBKK və yükdaşıyanlarla daim əlaqə saxladığını və mövcud vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.

Share