Xəzərin Bilgəh sahilində bir nəfər batıb

Xəzərin Bilgəh sahilində bir nəfər batıb

01.08.2026 Off By Füzuli İsmayılov

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Hakimiyyet.info.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.

Hazırda 2000-ci il təvəllüdlü Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Share