İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

01.08.2026 Off By Füzuli İsmayılov

İsrail hərbçiləri Qəzza zolağına yeni hücumlar həyata keçirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hücumların hədəfi Fələstinin “HƏMAS” hərəkatı üçün silahların saxlanıldığı anbarlar olub.

Bildirilib ki, ümumilikdə beş anbara hücum edilib. Qeyd edilib ki, bundan başqa, orada Kalaşnikov avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, sursat və digər hərbi avadanlıqlar da saxlanılıb.

Share